Səsvermə başa çatdı - Sonra nə olacaq?
Azərbaycanda növbədənkənar prezident seçkisində səsvermə prosesi başa çatıb.
Oxu.Az bundan sonrakı prosedurlarla bağlı bəzi məqamları təqdim edir.
Konstitusiyanın 101-ci maddəsinin II hissəsinə əsasən, prezidentliyə namizədə səsvermədə seçicilərin yarısından çoxu iştirak etdikdə Azərbaycan Respublikasının prezidenti seçilmiş sayılır.
Prezident seçkisinin nəticələri haqqında protokol imzalandıqdan sonra 24 saat müddətində dərc edilir.
Bildirək ki, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə prezident seçkisinə yekun vurur və nəticələrini təsdiq olunmaq üçün Konstitusiyanın 102-ci maddəsinə uyğun olaraq Azərbaycan Konstitusiya Məhkəməsinə təqdim edir.
Konstitusiya Məhkəməsinin nəticələr haqqında qərarı qətidir.
Konstitusiya Məhkəməsi prezident seçkisinin yekunları haqqında məlumatı rəsmi elan etdiyi gündən başlayaraq prezident seçilmiş şəxs üç gün ərzində and içir.
Fəaliyyətdə olan Azərbaycan Respublikasının prezidenti öz vəzifələrini yeni seçilmiş Azərbaycan Respublikası prezidentinin öz vəzifəsinə başlamasına kimi həyata keçirir.
Oxşar xəbərlər
Prezident seçkisi ilə bağlı MSK-nın iclası keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədəki vətəndaşlarımız 5 məntəqədə səs verir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Seçicilərə qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi müddəti başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Muğan Bank”ın əmanətçilərinə kompensasiyanın veriləcəyi tarix məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Konstitusiya Məhkəməsi vəkillərə mükafat ödənilməsi ilə bağlı müraciət üzrə qərar qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












