Pensiya kapitalı 2024-cü ildə nə qədər artırılacaq? - Ekspert
“Əmək pensiyaları” haqqında Qanuna əsasən, yalnız əmək pensiyaları deyil, həmçinin vətəndaşlarımızın pensiya kapitalı da 2024-cü ildə indeksləşdirilərək artırılmalıdır.
Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim, millət vəkili Vüqar Bayramov deyib.
“Həmin qanunun 29.1-1 maddəsində qeyd olunur ki, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir. Yəni pensiya kapitalları 2023-cü ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılacaq.
Dövlət Statistika Komitəsinin məlumatına görə, istehlak qiymətləri indeksi 2023-ci ildə 8,8 faiz olub. Bu o deməkdir, mövcud qanuna əsasən, vətəndaşların pensiya kapitalı 8.8 faiz artırılacaq. Yəni, əgər vətəndaşımızın 50 min manat pensiya kapitalı varsa, onun vəsaiti bu il 4 min 400 manat artırılacaq. Bu həmin şəxsin pensiyaya çıxan zaman daha çox pensiya alması və kapitalın inflyasiyadan qorunması baxımından vacibdir.
Qeyd edək ki, pensiya kapitalı əmək pensiyaları ilə birlikdə indeksləşdirilir. Əmək pensiyalarının 11 faizə yaxın indeksasiya olunacağı gözlənilir. Hər iki göstərici ilə bağlı sərəncamın cənab Prezident tərəfindən gələn ay imzalanacağı gözlənilir”, – Bayramov bildirib.
Oxşar xəbərlər
Bu il qadınlar neçə yaşında pensiya ala biləcəklər? - ARAŞDIRMA + CƏDVƏL
Azərbaycanda bu il üzrə kişilərin və qadınların pensiya yaşı məlum olub
Pensiyaçılara şad xəbər var: bu tarixdə artım olacaq
Şad xəbər: Pensiyalar bu qədər artacaq
Orta aylıq pensiya artırılır: bu qədər olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













