Sizinxeber.az » İqtisadiyyat » Pensiyaçılara şad xəbər var: bu tarixdə artım olacaq

Pensiyaçılara şad xəbər var: bu tarixdə artım olacaq

Pensiyalar atacaq.

Referans.az xəbər verir ki, cari ilin 7 ayında Azərbaycanda orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,3 % artıb. Orta aylıq əməkhaqqındakı artım faizi növbəti ilin yanvar ayında pensiyaların indeksasiyası zamanı istifadə edilən göstəricidir. Bu sözləri deputat Vüqar Bayramov bildirib. O, qeyd edib ki, mövcud tendensiya qorunub saxlanılacağı halda 2024-cü ilin yanvarında pensiyaların artacağı gözlənilir. Deputat bildirib ki, məbləğindən asılı olmayaraq orta aylıq əməkhaqqı indeksasiyası bütün pensiya məbləğlərinə şamil ediləcək. O, həmçinin pensiya kapitalında da artım olacağını bildirib.

Pensiya kapitalı isə 2023-cü ildə rəsmi illik inflyasiya səviyyəsinə indeksasiya olunaraq artırılacaq. Bəs yaxşı pensiyaların artımı niyə inflyasiyaya görə hesablanmır? Axı aldığımız pensiyanı biz bazardakı qiymətlərə görə xərcləyirik. Deputat bununla bağlı Milli Məclisdə təklif irəli sürdüyünü bildirib. İqtisadçı ekspert Allahverdi Aydın bu il inflyasiyanın da əməkhaqqı ilə təxminən eyni səviyyədə artığını bildirib və inflyasiyada ilin sonuna qədər ciddi dəyişikliyin olacağını düşünmədiyini deyib. O da bu qənaətdədir ki, pensiyaların artımı inflyasiyaya görə hesablanmalıdır.

Bundan başqa ekspert qeyd edib ki, əmək pensiyanın verilməsi üçün minimum 25 il əmək stajı və minimum 40 min manat əmək kapitalı lazımdır, bu isə həddindən artıq ağır şərtdir. Ekspert deyir ki, bu gün əsas müzakirə mövzusu pensiya alma şərtlərinin yüngülləşdirilməsi olmalıdır. 

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !