sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Şəhid Əbülfəz Cəfərovun qardaşı: “Nişanlı idi, barmağını kəsib, üzüyü çıxarıblar” - VİDEO
“Sovet hərbçiləri Əbülfəz də daxil olmaqla 40 nəfərə yaxın yaralını Bankə qəsəbəsində yerləşən hərbi hissənin hamamına aparıblar. Əbülfəzə və yanındakılara qarşı vəhşilik orada da davam etdirilib”.
Bunu Baku TV-yə müsahibəsində 1990-cı il yanvarın 25-də Neftçalada baş verən faciə nəticəsində şəhid olan Əbülfəz Cəfərovun qardaşı Rəşad Cəfərov bildirib.
Sovet hərbçilərinin Neftçala şəhərində qırğınlar törətdiyini eşidən Rəşad Cəfərov dərhal evə getdiyini deyib:
“Qaça-qaça evə gəldim. Atamla anam soruşdular ki, Əbülfəz haradadır? Anam ağlaya-ağlaya dedi ki, mənim oğlum şəhid olacaq”.
“Əbülfəz nişanlı idi. Hərbi hissənin hamamında yaralı qardaşımın barmağını kəsib, üzüyü çıxarıblar. Yaralıları təyyarəyə qoyub aparanda Əbülfəz şəhid olub. Əsgərlərdən biri onu Xəzər dənizinə atmaq istəyib. Lakin özbək təyyarəçi qardaşımın necə mərd biri olduğunu gördüyü üçün buna icazə verməyib”, - deyə R.Cəfərov bildirib.
Ətraflı videonu təqdim edirik:

Oxşar xəbərlər
Minaya düşərək şəhid olan polkovnik-leytenant Əkrəm Şadmanov kim idi?
Yaralı hərbçimiz şəhid oldu
Neftçalada şəhid ailəsinin evindən soyğunçuluq edən şəxs saxlanılıb - VİDEO
“Xaçatryanın qardaşı da soyqırımıda iştirak edib”
Parataekvondo üzrə seçim turnirinin qalibləri bəlli olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"