“Xaçatryanın qardaşı da soyqırımıda iştirak edib”
Xəbər verdiyimiz kimi, Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədr əvəzi hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxslər və hüquqi varislər ifadə verirlər.
Prosesdə ilk olaraq Meşəli kənd orta məktəbinin direktoru olmuş Alış Alışov ifadə verib.
Zərərçəkmiş deyib ki, hadisə baş verən gün, 23 dekabrda ailəsi ilə birgə kənddə olub. A.Alışovun sözlərinə görə, Meşəli soyqırımında V.Xaçatryanın qardaşı da iştirak edib:
“Bu cür dəhşətli faciə görünməyib. Həmin gün qonşum Qəniməti balta ilə vurub yıxdılar, sonra güllələməyə başladılar. Qənimətin evindən 4 şəhid oldu. Elə bil ki, bütün Badara hücuma keçmişdi. Digər kəndli Novruz kişinin ailəsini məhv etdilər. 325 nəfərdən 25 nəfərin şəhid olması nə deməkdir? Biz Xaçatryanı görmüşük. Buna ən ağır cəza istəyirik”.
Qeyd edək V.Xaçatryan Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə və digər xüsusilə ağır cinayətlərdə ittiham olunur.
Oxşar xəbərlər
Vaqif Xaçatryanın növbəti məhkəməsi başladı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vaqif Xaçatryanın məhkəməsinin vaxtı bilinib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vaqif Xaçatryanın növbəti məhkəməsi başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xaçatryan özünü günahkar hesab etməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xaçatryanın qətlə yetirdiyi sakinlərin adları açıqlandı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












