Tarix təkrarlanır: Şəhid Vəli və sevgilisi Arzu - "Vəsiyyətim Şəhidimin yanına dəfn olunmaqdır" - VİDEO
sizinxeber.az xəbər saytı

Tarix təkrarlanır: Şəhid Vəli və sevgilisi Arzu - "Vəsiyyətim Şəhidimin yanına dəfn olunmaqdır" - VİDEO


Ordumuzun ötən günlərdə həyata keçirdiyi antiterror əməliyyatı zamanı igidlərimizdən biri Mustafayev Vəli Ceyhun oğlu Şəhidlik zivəsinə yüksəlib. Bu hadisəni eşidən sevgilisi isə onu tək qoymayacağını bildirərək həyatına son qoyub.

Patrul.az xəbər verir ki, Şəhid Mustafayev Vəli Ceyun oğlu  Ağstafa rayon Qarahəsənli kəndində dəfn edilib.
 
Sevgilisi şəhid olduğu xəbərini eşidən Oruczadə Arzu Anar qızı isə anasına deyin onu tək qoyan deyiləm deyərək özünü Xırdalan şəhərində yerləşən yüksək mərtəbəli binadan ataraq həyatına son qoyub.

Şəhidin yaxınları isə Arzunun Şəhidin yanında dəfn edilməsi arzusunda olduğunu bildirib.

Yəqin ki, bu hadisə çoxumuza 20 Yanvar hadisəsindən tanışdır. Zaman keçir, tarix dəyişir ancaq bəzi hadisələr yenidən təkrarlanır. İllər öncə olduğu kimi İlham ilə Fərizənin talehini yaşayan bu gənclər tariximizin qürurlu səhifələrinə öz adlarını yazdırdılar. Birisi vətənini canı bahasına qoruyaraq, digəri isə sevdiyinin yoxluğunu qəbul etməyib onu tək qoymayacam deyərək. 

Bura kimi bütün hekayə demək olar ki, eynidir. Bundan sonra tək qalan isə onların yan-yana dəfn edilməsidir. Elə Oruczadə Arzunun vəsiyyət etdiyi kimi.

Oxşar xəbərlər

Antiterror tədbirləri zamanı şəhid olan İlkin Qarayev dəfn edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəhid Ələsgər Əsgərov sabah Naxçıvanda dəfn ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qarabağda antiterror tədbirləri zamanı yaralanan qazimiz şəhid olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yaralı hərbçimiz şəhid oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Birinci Qarabağ müharibəsində itkin düşmüş döyüşçü Füzulidə dəfn edildi + FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər