Qarabağda antiterror tədbirləri zamanı yaralanan qazimiz şəhid olub
sizinxeber.az xəbər saytı

Qarabağda antiterror tədbirləri zamanı yaralanan qazimiz şəhid olub


Qarabağda antiterror tədbirləri zamanı yaralanan qazimiz şəhid olub.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Sabirabad rayonu, Ulacalı kəndində doğulub boya-başa çatmış Əzizbəy Etibar oğlu Muradov bu gün səhər saatlarında müalicə aldığı hospitalda dünyasını dəyişib.

Antiterror əməliyyatları zamanı yaralanan Əzizbəy Muradov Çevik Polis Alayının polis nəfəri idi.

O, 44 günlük Vətən müharibəsində könüllü iştirak etmiş və Ali Baş Komandan tərəfindən beş medalla təltif olunmuşdu.

Asəf Zeynallı adına Musiqi kollecinin qarmon şöbəsində təhsil alan Əzizbəy Şuşa azad olunanda öz qabiliyyətini pianinoda “Qarabağ şikəstəsi” ifa etməklə göstərmişdi.

Şəhidin dəfn mərasimi Sabirabad rayonunun Ulacalı kəndində olacaq.


Xatırladaq ki, şəhidin atası Etibar Muradov Birinci Qarabağ müharibəsi qazisi, Qarabağ Əlillərinə Qayğı İB-nin üzvüdür.

Oxşar xəbərlər

Yaralı hərbçimiz şəhid oldu
Yaralansa da, qəhrəmanlıqla vuruşan qazimiz kimdir?
Antiterror tədbirləri zamanı şəhid olan İlkin Qarayev dəfn edilib
Vətən müharibəsi qazisi vəfat etdi
Birinci Qarabağ müharibəsində itkin düşmüş döyüşçü Füzulidə dəfn edildi + FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle