TƏBİB-dən Perinatal Mərkəzdəki yanğında təxliyə olunan uşaqların vəziyyəti ilə bağlı AÇIQLAMA - VİDEO
sizinxeber.az xəbər saytı

TƏBİB-dən Perinatal Mərkəzdəki yanğında təxliyə olunan uşaqların vəziyyəti ilə bağlı AÇIQLAMA - VİDEO


“Perinatal Mərkəzdə baş verən yanğın zamanı 60 uşaq təxliyə olunub”.

Oxu.Az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müavini Anar İsrafilov Respublika Perinatal Mərkəzindəki yanğından sonra təxliyə edilənlərin son durumu haqqında danışarkən deyib.

O qeyd edib ki, hazırda təxliyə edilənlərin vəziyyəti tam nəzarətdədir:

“60 uşaq TƏBİB tabeliyində olan 6 tibb müəssisəsinə təxliyə edilib. Onların tüstüdən boğulma və ya yanıq xəsarətinə dair diaqnozları yoxdur. Respublika Perinatal Mərkəzi 3-cü səviyyəli doğum tibb mərkəzidir. Buradakı uşaqlar ya vaxtından öncə doğulub, ya da yanaşı patologiya ilə dünyaya gələn körpələrdir. Onların müalicələri davam etdirilir. Vəziyyətlərində heç bir ağırlaşma müşahidə edilmir”.

Qeyd edək ki, təxliyə olunanlar Kliniki Tibbi Mərkəz, “Yeni Klinika”, Mərkəzi Neftçilər Xəstəxanası, Sabunçu Tibb Mərkəzi, A.F. Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanası və Xətai Tibb Mərkəzinə aparılıblar.

Oxşar xəbərlər

TƏBİB yanğın zamanı Perinatal Mərkəzdəki pasiyentlərin sayını açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Güclü külək səbəbindən üç nəfər xəsarət alıb: Birinin vəziyyəti ağırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yanğına görə təxliyə olunan 26 körpə KTM-ə yerləşdirilib, vəziyyətləri stabildir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Binəqədi rayonunda baş verən yanğında altı nəfər xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Perinatal Mərkəzdəki yanğınla bağlı Baş Prokurorluğun İstintaq idarəsi əraziyə gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər