Yanğına görə təxliyə olunan 26 körpə KTM-ə yerləşdirilib, vəziyyətləri stabildir
Ötən gecə Respublika Perinatal Mərkəzdə baş verən yanğına görə təxliyə olunan 26 körpə Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib.
Bunu “Report”un sorğusuna cavab olaraq KTM-in mətbuat katibi Ruzbeh Məmməd bildirib.
Məlumata görə, körpələrin vəziyyəti stabildir.
Qeyd edək ki, ötən gecə Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın olub.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.
Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Perinatal Mərkəzdəki güclü yanğın zamanı dörd körpə ölüb
TƏBİB yanğın zamanı Perinatal Mərkəzdəki pasiyentlərin sayını açıqlayıb
Mehriban Əliyevanın tapşırığı ilə rəsmilər KTM-ə yerləşdirilən xəstələrə baş çəkiblər
Binəqədi rayonunda baş verən yanğında altı nəfər xəsarət alıb
Perinatal Mərkəzdəki yanğınla bağlı Baş Prokurorluğun İstintaq idarəsi əraziyə gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













