Milli Məclisə seçkilər qabağa çəkiləcək?
Xəbər verdiyimiz kimi, Azərbaycanda parlament seçkiləri 2020-ci il fevral ayında baş tutsa da, növbəti seçkilər 2024-cü ilin noyabrında keçirilməlidir. Çünki Konstitusiyanın 98-ci maddəsinə görə, parlament seçkiləri noyabr ayının ilk həftəsinin bazar gününə təyin edilməlidir. Əgər parlamentin səlahiyyət müddətinin tamamlanması gözlənilərsə, onda seçkilər 2025-ci ilin noyabrında keçirilməlidir. Ancaq bu, parlamentin 5 illik müddətinin aşılması deməkdir. Qanunvericiliyə görə, parlament seçkisi qabağa çəkilə bilər, ancaq səlahiyyət müddəti keçilə bilməz.
Axar.az xəbər verir ki, 2024-cü ilin noyabr ayı Azərbaycan üçün əlamətdar günlərə təsadüf edəcək. Belə ki, Azərbaycan noyabr ayında COP29 kimi mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək.
Prezident İlham Əliyev də bu tədbirin ölkəmiz üçün xüsusi əhəmiyyət daşıdığını vurğulamışdı: “Təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdi. Ancaq COP29-da on minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq”, - dövlət başçısı bildirmişdi.
Bu qədər irihəcmli tədbir 11-24 noyabr 2024-cü ildə baş tutacaq ki, bu da ciddi hazırlıq tələb edir. Nəzərə alaq ki, qonaqların bir qismi artıq noyabrın əvvəlindən gəlməyə başlayacaq.
Buna görə də parlament seçkilərinin noyabr ayından əvvələ çəkiləcəyi ehtimalı həddən artıq yüksəkdir.
Böyük ehtimalla, Azərbaycanda parlament seçkiləri yay aylarında keçiriləcək və parlament 30 sentyabrda payız sessiyasına yeni tərkiblə başlayacaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin üçüncü dəfə ölkə rəhbəri seçilməsindən 10 il ötür [xfgiven_updateblue][/xfgiven_updateblue]
2024-cü ilin qeyri-iş günləri açıqlandı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşdü [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu seçkilər yüzilliklərə düşən seçkilər olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yeni ildə 7 gün iş olmayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












