Yeni ildə 7 gün iş olmayacaq
İş və istirahət günlərinin yerləri dəyişdirilib.
"Report"un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərarla iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü ilin 4 və 5 yanvar iş günləri ilə müvafiq olaraq 2023-cü ilin 30 dekabr və 2024-cü ilin 7 yanvar istirahət günlərinin yerləri dəyişdirilib.
Belə ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır. Bu il 30 dekabr şənbə, 2023-cü ilin 31 dekabr və 2024-cü ilin 7 yanvar tarixləri bazar günlərinə təsadüf edir.
Gələn il yanvarın 6-sı şənbə gününə təsadüf etdiyi üçün Yeni ildə bir həftə - 31 dekabr 2023-cü il 1, 2, 3, 4, 5 və 6 yanvar 2024-cü il qeyri-iş günü olacaq.
Yeni ilin ilk iş günü isə yanvarın 7-də olacaq.
Oxşar xəbərlər
Bayramdan sonra məktəblərdə tədrisin başlayacağı tarix açıqlanıb - RƏSMİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazirlik 30 dekabr iş günü ilə bağlı qərar verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
2024-cü ilin qeyri-iş günləri açıqlandı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı metrosu bayram günlərində iş rejimini dəyişdirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şad xəbər: Pensiyalar bu qədər artacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












