MN rəsmisi: “Zərərsizləşdirilmiş partlayıcılar arasında kustar üsulla hazırlananları da var”
sizinxeber.az xəbər saytı

MN rəsmisi: “Zərərsizləşdirilmiş partlayıcılar arasında kustar üsulla hazırlananları da var”


“Azərbaycan Ordusunun istehkam bölmələri Ermənistanın istehsal etdiyi minalarla yanaşı, kustar üsulla hazırlanmış partlayıcı vasitələr də zərərsizləşdirib”.

Bunu “Report”a açıqlamasında Mühəndis Qoşunlarının Baş İdarə rəisi general-mayor Anar Kərimov deyib.

O bildirib ki, həmin minalar və partlayıcı maddələr həm yandırılma, həm də partlayış üsulu ilə zərərsizləşdirilir:

“Minatəmizləmə prosesi çox mürəkkəb prosesdir. Azərbaycan Ordusu Türkiyədən 20 ədəd uzaqdan idarə edilə bilən minatəmizləyən qurğu alıb. Ərazilər həm texniki vasitələr, həm istehkamçılar, həm də itlər vasitəsi ilə mina və partlamamış döyüş sursatlarından təmizlənir. Artıq istehkam bölmələrimizin istifadəsində müasir avadanlıqlar var. İlkin olaraq ərazilərdə monitorinq işləri aparılır, daha sonra təmizlənməsi üçün hansı vasitələrdən istifadə ediləcəyi müəyyən olunur. Ərazilər minalardan təmizləndikdən sonra hüquqi qiymət verilir”.

Oxşar xəbərlər

Mövqelərimizə partlayıcı vasitələr atıldı - RƏSMİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan artıq öz istehsalı olan minatəmizləyən maşınlardan istifadə edir - RƏSMİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Anar Eyvazov: Qarabağda yaşayan azərbaycanlı və erməni sakinlərin təhlükəsizliyinə zəmanət veririk [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hava şəraiti ilə bağlı əhaliyə XƏBƏRDARLIQ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Antiterror tədbirlərindən sonra Qarabağda 3 000-dən çox tank, 10 000-dən artıq piyada əleyhinə mina aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər