Mövqelərimizə partlayıcı vasitələr atıldı - RƏSMİ
sizinxeber.az xəbər saytı

Mövqelərimizə partlayıcı vasitələr atıldı - RƏSMİ


Oktyabrın 2-si saat 17:20-dən 18:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Ölkə.az-a Müdafiə Nazirliyindən bildirilib.

Bundan başqa, qeyd olunan istiqamətdə yerləşən mövqelərimizin üzərinə döyüş kvadrokopterləri vasitəsilə əldəqayırma partlayıcı vasitələr də atılıb.

Azərbaycan Ordusunun bölmələri itki verməyib, qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Oxşar xəbərlər

Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutulub - MN
Kəlbəcərdə mövqelərimiz atəşə tutulub
Bir erməni əsgər öldü, 2-si yaralandı – Azərbaycan təkzib etdi
Ermənilər atəş açdı: Şəhidimiz var - Son dəqiqə
Ermənistanın növbəti təxribatının qarşısı alınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle