Tahir Kərimli növbədənkənar prezident seçkilərində namizəd olacaq?
“Heç kəsə gizli deyil ki, hakim partiya çox güclü mövqelərə malikdir. Gözləyək, yaxın günlərdə onlar qərar vercəklər. Çox güman ki, hazırkı Prezidentin namizədliyini irəli sürəcəklər. Nəzəri olaraq başqa variantlar da var. Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi rəsmi verilsin, bundan sonra gücümüzü, imkanlarımızı götür-qoy edəcəyik, Partiyamız müəyyən qərara gələcək. Təbii ki, Baş Məclisin rəsmi qərarı lazımdır. Növbədənkənar Baş Məclis çağıracağıq, qərar verəcəyik. İndi isə Siyasi Şurada Partiyanın İdarə Heyəti ilə məsələləri müzakirə edirik. Yanaşmamız belədir ki, seçkilər bizi çox qəfil yaxaladı, vaxt da hədsiz azdır. Necə səfərbər olmaq olar, 60 seçki dairəsindən 40 mindən çox imza toplamaq məsələsi var. Çox ciddi yanaşırıq. Hesab edirik ki, namizədin qalib gəlmə şansı yoxdursa, onun adını seçkiyə verməmək daha yaxşı olmazmı? Hər halda prezident seçkiləri çox ciddi məsələdir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Vəhdət Partiyasının sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.
“Azərbaycan prezdentli respublika olduğuna görə prezident seçkiləri Azərbaycanda ən birinci seçki sayılır, mötəbərliyinə görə də seçilir. Yeni seçilmiş prezident həm daxildə, həm də xaricdə legitimliyini möhkəmləndirəndən sonra, yəqin, dövlət strukturlarında ciddi dəyişiklik, islahatlar aparılacaq. Konstitusiya dəyişiklikləri, paralel strukturların aradan qaldırılması, bələdiyyələrin və yerli icra hakimiyyətlərinin statusları, o cümlədən parlamentin strukturu ilə bağlı ciddi dəyişikliklər ola bilər. Güclü əl kimi yeni prezident bu məsələlərə girişəcək. Yəqin ki, bu, dövlət quruculuğumuzda yeni mərhələnin başlanğıcı olacaq. Hər halda prosesi bu cür görürəm, bu cür arzu edirəm. Bir az səbr edək, hər şey Allahın izni ilə yaxşı olar”, - deputat bildirib.
Oxşar xəbərlər
YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident seçkisi ilə bağlı MSK-nın iclası keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elşad Musayevin prezidentliyə namizədliyi irəli sürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Novella Cəfəroğlu: “İlham Əliyevə alternativ yoxdur, hazırkı vəziyyətdə Prezidentin dəyişməsini istəmirəm” [xfgiven_updateblue][/xfgiven_updateblue]
YAP İdarə Heyətinin qərarı xalqın iradəsinin ifadəsidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












