

Mobil cihazların qeydiyyat rüsumlarının azaldılmasına başlanıldı - QİYMƏTLƏR
Mobil cihazların qeydiyyat rüsumlarının azaldılması ilə bağlı “Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişikliyin icrasına başlanılır.
Sizinxəbər.Az xəbər verir ki, bu barədə “AzInTelecom” MMC məlumat yayıb.
Bildirilib ki qanunun tələblərinə uyğun olaraq, mobil cihazların IMEI nömrələrinin qeydiyyatına görə ödənilən dövlət rüsumlarının məbləğləri qanunun dərc edildiyi gündən 30 gün sonra, yəni dekabrın 14-dən etibarən azaldılacaq.
Qeyd edilən tarixdən başlayaraq satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxslər tərəfindən şəxsi istehlak üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumlarının məbləği aşağıdakı kimi olacaq:
– Bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar – 15 manat;
– Bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 20 manat;
– Bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 30 manat;
– Bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda – 40 manat;
– Bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 50 manat;
– Bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda – 70 manat;
– Bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 100 manat.
Qeyd edək ki, xaricdən gətirilən mobil cihazlar Azərbaycan telekommunikasiya şəbəkəsində istifadə olunması üçün 30 gün ərzində qeydiyyatdan keçirilməlidir. Prosesi icra edən dövlət orqanı kimi “AzInTelecom” MMC telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalını təmin edir.
Bundan başqa, “AzInTelecom” MMC tərəfindən mütəmadi olaraq monitorinq edilərək surətinin köçürülməsi şübhəsi olan IMEI kodlar üzrə ətraflı araşdırma aparılır. Nəticə etibarilə surətinin köçürüldüyü aşkarlanan IMEI koda “klon” statusu verilərək istifadəsi məhdudlaşdırılır.
Hazırda istifadənizdə olan mobil telefonların IMEI kodunun surətinin köçürülməsi statusunu yoxlamaq üçün telefonun ekranında *#06# yığaraq cihazın IMEI kodunu öyrənib, daha sonra Vahid Elektron Xidmətlər Portalında “IMEI yoxlama” xidmətindən ödənişsiz istifadə edə bilərsiniz.
Oxşar xəbərlər
Azərbaycana gətirilən telefonların qeydiyyata alınmasına görə yeni rüsumlar I oxunuşda təsdiqlənib
Bu dövlət rüsumları - Ləğv edilir
Ayfon 15-in qiyməti açıqlandı
DİM imtahanlara xanım əməkdaşların cəlb olunması məqsədilə elektron qeydiyyata başlayır
ABŞ Çindən idxal olunan mallara rüsumları artıra bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Din xadimlərindən ibarət nümayəndə heyəti Zəfər parkını ziyarət edib
-
Tramp: Məhkəmənin idxal rüsumlarını bloklaması ABŞ-ın iqtisadi çöküşü olacaq
-
Fərid Qayıbov: "Azərbaycan bir daha göstərdi ki, mötəbər yarışlara möhtəşəm şəkildə ev sahibliyi edir"
-
Bakıda 12 saylı cəzaçəkmə müəssisəsində binanın dam örtüyü uçub, bir məhkum xəsarət alıb
-
Sudanın yeni baş naziri hökuməti buraxıb
-
Minifutbol üzrə dünya çempionu olan Azərbaycan millisi mükafatlandırılıb
