Bakıya və Laçına ayrılan vəsait artırılır
Bakıya və Laçına ayrılan vəsait artırılır.
Sizinxəbər.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir qeyd edib ki, cari ildə qəbul edilmiş minimum əməkhaqqı üzrə qərarların icrası ilə əlaqədar Bakı şəhərinin yerli xərclərində, eyni zamanda, Laçın rayonunun yerli xərclərində bəzi düzəlişlərin edilməsinə zərurət var.
“Bakı şəhərinin yerli xərclərinin 2,3 milyon, Laçın rayonunun yerli xərclərinin 100 min manat artırılması nəzərə alınacaq”, - deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində nəzərdə tutulur.
Oxşar xəbərlər
Azad edilmiş ərazilərin bərpasına əhəmiyyətli maliyyə təminatı yaradılacaq – Nazir [xfgiven_updateblue][/xfgiven_updateblue]
2024-cü il dövlət büdcəsi ikinci oxunuşda TƏSDİQ EDİLDİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlətin cərimələrdən pul qazanmaq niyyəti yoxdur - Nazir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təhsil xərcləri artırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş nazir gələn il Xankəndi, Ağdərə, Xocalı və Xocavənd üçün ayrılan vəsaitin həcmini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












