Dövlətin cərimələrdən pul qazanmaq niyyəti yoxdur - Nazir
sizinxeber.az xəbər saytı

Dövlətin cərimələrdən pul qazanmaq niyyəti yoxdur - Nazir


Dövlətin cərimələrdən pul qazanmaq niyyəti yoxdur.

Trend-in məlumatına görə, bunu Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, burada məqsəd hansısa düzgün olmayan fəaliyyəti yasaqlamaqdır.

“Kim ki, bu qaydaları pozur, ona qarşı müəyyən cəza tədbirləri görülür. Parkinqlər məsələsi daha geniş bir konsepsiyanın tərkib hissəsidir. Bu konsepsiya ictimai nəqliyyatın təkmilləşdirilməsi məsələsinə xidmət edir”, - deyə o əlavə edib.

Qeyd edək ki, nazir bunu deputat Fazil Mustafanın parkinqlərlə bağlı iradına cavab olaraq bildirib.

Xatırladaq ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində tərtib edilib.

Oxşar xəbərlər

Azad edilmiş ərazilərin bərpasına əhəmiyyətli maliyyə təminatı yaradılacaq – Nazir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıya və Laçına ayrılan vəsait artırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
2024-cü il dövlət büdcəsi ikinci oxunuşda TƏSDİQ EDİLDİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gün Milli Məclisdə gələn ilin dövlət büdcəsinin müzakirəsi başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda qaz limitinin ləğvi təklif olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər