Cərimələrə "endirim kampaniyası" adı ilə sürücülər necə aldadılır? - RƏSMİ AÇIQLAMA
sizinxeber.az xəbər saytı

Cərimələrə "endirim kampaniyası" adı ilə sürücülər necə aldadılır? - RƏSMİ AÇIQLAMA


Sosial şəbəkələrdə sürücülərin cərimələrinə endirim edəcəkləri ilə bağlı şirnikləndirən bir sıra səhifələr mövcuddur. Onlar bu barədə mütəmadi olaraq elanlar paylaşaraq, yol hərəkəti qaydalarının pozulmasına görə yazılan cərimələrə "endirim kampaniyası" təklif edirlər.

Belə səhifələrdən biri də “asancerime”-dir. Bu səhifəyə keçid edən şəxslərdən cəriməni endirimlə ödəmək adı ilə bank kartının nömrəsi istənilir. Əsl məqsəd isə hesab nömrəsinin ələ keçirilməsidir.

Bu yalançı vədə inanan sürücülərin bank kartları oğurlanır, ödəyəcəkləri cərimə məbləğləri ələ keçirilir.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polis İdarəsinin İnspektoru Rüstəm Əhmədli Bizim.Media-ya açıqlamasında sürücülərə xəbərdarlıq edib. Qurum rəsmisi bildirib ki, bu kimi paylaşımlara əsla etibar etmək olmaz:

“Bu səhifələr qeyri-qanuni olaraq fəaliyyət göstərirlər. Həmin şəxslər leqal olmayan yollara əl ataraq, sürücülərin ödənişlərini ələ keçirirlər.

Bu istiqamətdə qaynar xəttimizə gələn zənglərin böyük əksəriyyəti məhz dələduzluqla məşğul olan “asancerime.com” internet saytı ilə bağlıdır. Araşdırmalarımıza görə, sözügedən sayt ABŞ-da yaradılıb və Azərbaycanla heç bir əlaqəsi yoxdur. Hazırda bu kimi səhifələrlə mübarizə məqsədli tədbirlər görülür”.

Oxşar xəbərlər

BDYP-dən saxta endirilmlərlə bağlı vətəndaşlara ÇAĞIRIŞ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yaşı 65-dən yuxarı olan avtobus sürücüləri varmı? - RƏSMİ AÇIQLAMA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Texniki baxış mərkəzləri şənbə və bazar günləri də xidmət göstərir? - RƏSMİ AÇIQLAMA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bank kartlarından oğurluq edən daha 2 nəfər saxlanıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda mənzildən 60 min manat pul, 20 min manatlıq qızıl oğurlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər