“Chevron” Venesueladan neft tədarükünü dayandırıb
Amerika şirkəti “Chevron” Vaşinqtonun birtərəfli sanksiyaları səbəbindən ABŞ-yə tədarük üçün nəzərdə tutulmuş nefti tankerlərdən boşaltmağa məcbur olub.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Bolivar respublikasının icraçı vitse-prezidenti, karbohidrogen naziri Delsi Rodriges teleqram kanalında yazıb.
“Chevron” ABŞ hökuməti tərəfindən başladılan iqtisadi müharibə və tətbiq edilmiş sanksiyalar səbəbindən Venesuelaya karbohidrogen xammalı tədarükü üçün ödəniş etmək mümkün olmadığından nefti Venesuelanın neft və qaz şirkəti “Peroleros de Venezuela”ya qaytarıb”, – o qeyd edib.
Rodrigesin sözlərinə görə, “bu neft beynəlxalq bazara daxil olacaq” və PDVSA transmilli şirkətlərlə müqavilələrin şərtlərinə əməl edəcək.
İcraçı vitse-prezident ABŞ-nin respublikaya “işləməyə və inkişaf etməyə mane olmayacağına və Venesuelanın qalib gələcəyinə” əminliyini ifadə edib.
2015-ci ildən bəri ABŞ və onun müttəfiqləri Venesuelaya qarşı 930-dan çox birtərəfli məhdudlaşdırıcı tədbir tətbiq ediblər. Venesuela iqtisadiyyatına ən böyük zərəri 2019-cu ildə (Donald Trampın ilk prezidentliyi dövründə) PDVSA-ya qarşı tətbiq edilən sanksiyalar vurur. Bu il fevralın 26-da Tramp Amerika neft şirkətlərinə respublikada işləmək imkanı verən sanksiya rejimindən istisnalara son qoymaq qərarını elan edib. “Chevron” Venesuelada neft hasilatı üçün lisenziyadan məhrum edilib və mayın 27-də fəaliyyətini dayandırmalıdır. Mart ayının sonunda bütün xarici şirkətlər üçün Amerika lisenziyaları ləğv edilib.
Oxşar xəbərlər
Venesuela Prezidenti hökumətdə genişmiqyaslı dəyişikliklər edib
Braziliya Venesuelaya qarşı birtərəfli sanksiyaları dəstəkləməyib
ABŞ-dən Venesuelaya miqrantlarla dolu iki təyyarə yola düşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
