Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsinə başlanılıb
Baş nazir Əli Əsədov Prezident İlham Əliyevin “Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında” 11 avqust 2025-ci il tarixli sərəncamının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb.
"Report" xəbər verir ki, sərəncama əsasən, Sumqayıt Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, Sumqayıtın Sülh prospektində yerləşən və “Azərboru” ASC-nin istifadəsindəki dövlət mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 26,6676 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin istifadəsinə verilməsini iki ay müddətində təmin etməli, bu barədə Nazirlər Kabinetinə məlumat verməli, sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.
Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Oxşar xəbərlər
"Azərikimya"nın 30 hektara yaxın torpaq sahəsi Sumqayıt Kimya Sənaye Parkının istifadəsinə verilib
Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndiriləcək - SƏRƏNCAM
Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndirilir - SƏRƏNCAM
Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
