Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndiriləcək - SƏRƏNCAM
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndiriləcək.
Sizinxeber.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Sumqayıt şəhəri, Sülh prospekti ünvanında yerləşən və “Azərboru” Açıq Səhmdar Cəmiyyətinin istifadəsindəki dövlət mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 26,6676 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin istifadəsinə verilməsi ilə bağlı üç ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyəti bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Oxşar xəbərlər
"Azərikimya"nın 30 hektara yaxın torpaq sahəsi Sumqayıt Kimya Sənaye Parkının istifadəsinə verilib
Balaxanı Sənaye Parkının ərazisi genişləndiriləcək - SƏRƏNCAM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
