Masallı Sənaye Məhəlləsində indiyə qədər 16 milyon manatlıq məhsul istehsal edilib
İndiyə qədər İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Masallı Sənaye Məhəlləsində 15,9 milyon manatlıq məhsul istehsal edilib.
"Sizinxeber.az" agentliyə istinadən xəbər verir ki, bunun 1,5 milyon manatlıq hissəsi 2025-ci ilin I yarısının payına düşüb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 % çoxdur.
İndiyə qədər Məhəllədə investisiya dəyəri 14,7 milyon manatdan çox olan 9 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, 6 müəssisə artıq fəaliyyətə başlayıb. Sahibkarlar görülmüş işlərə ümumilikdə 2,12 milyon manat investisiya yatırıb, 70-dən artıq daimi iş yeri yaradıb. Növbəti mərhələdə mövcud layihələr üzrə əlavə olaraq 12,6 milyon manat investisiyanın yatırılması, 300-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Masallı Sənaye Məhəlləsi Prezident İlham Əliyevin 13 iyun 2016-cı il tarixli sərəncamı ilə yaradılıb, 18 sentyabr 2018-ci il tarixindən fəaliyyətə başlayıb. Məhəllə mebel məhsullarının, tikinti materiallarının istehsalı, tütün emalı və s. sahələr üzrə ixtisaslaşıb.
Masallı Sənaye Məhəlləsində sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki, rezidentlər dövlət vəsaiti hesabına təchiz edilmiş hazır infrastrukturla, həmçinin mövcud tikinti sahələri ilə təmin edilirlər. Bundan başqa, sənaye məhəllələrinin rezidentləri İqtisadiyyat Nazirliyindən təşviq sənədi əldə etməklə 7 il müddətinə bir çox vergi və gömrük güzəştlərindən faydalana bilərlər.
Oxşar xəbərlər
Masallı Sənaye Məhəlləsində istehsalın ümumi dəyəri 15 % artıb
Hacıqabul Sənaye Parkında məhsul istehsalı 55 % artıb
Pirallahı Sənaye Parkından indiyə qədər 53 milyon manatlıq məhsul satılıb
Azərbaycanın sənaye zonalarından indiyə qədər 13,5 milyard manatlıq məhsul satılıb
Pirallahı Sənaye Parkında indiyə qədər 61 milyon manatlıq məhsul istehsal edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








