Neftçala Sənaye Məhəlləsində istehsal 4 dəfə artıb
sizinxeber.az xəbər saytı

Neftçala Sənaye Məhəlləsində istehsal 4 dəfə artıb


Bu ilin I yarısında Neftçala Sənaye Məhəlləsində 19 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 4 dəfə çoxdur.

"Sizinxeber.az" bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.

Məhəllədə investisiya portfelinin dəyəri 63 milyon manatdan çox olan 6 sahibkarlıq subyektinə rezidentlik berilib, bunlardan 5-i fəaliyyət göstərir. Sahibkarlar bugünədək görülən işlərə 50 milyon manata yaxın investisiya yatırıb, 300 nəfərdən çox daimi iş yeri yaradıblar

Neftçala Sənaye Məhəlləsi ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması ilə yanaşı, həmçinin qeyri-neft sənayesi məhsullarının istehsalının artırılmasında və ixracının genişləndirilməsində mühüm rol oynayır. İndiyə qədər Məhəllənin rezidentləri 230 milyon manatlıq məhsul satıb, bunun 1,8 milyon manatlıq hissəsi ixracın payına düşür.

Neftçala Sənaye Məhəlləsi Prezident İlham Əliyevin 2 fevral 2015-ci il tarixli sərəncamı ilə yaradılıb, 24 sentyabr 2017-ci ildə fəaliyyətə başlayıb. Məhəllənin əsas fəaliyyət istiqamətləri balıqçılıq, qida sənayesi, avtomobil, yem istehsalı və s.-dir.

Neftçala Sənaye Məhəlləsində sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki, rezidentlər dövlət vəsaiti hesabına təchiz edilmiş hazır infrastrukturla, həmçinin mövcud tikinti sahələri ilə təmin edilirlər. Bundan başqa sənaye məhəllələrinin rezidentləri İqtisadiyyat Nazirliyindən təşviq sənədi əldə etməklə 7 il müddətinə bir çox vergi və gömrük güzəştlərindən faydalana bilərlər.

Oxşar xəbərlər

Hacıqabul Sənaye Parkında məhsul istehsalı 55 % artıb
Pirallahı Sənaye Parkının ərazisi tam şəkildə sahibkarların istifadəsinə verilib
Neftçala Sənaye Məhəlləsinə investisiya qoyuluşu 46 milyon manatı ötüb
Hacıqabul Sənaye Parkında məhsul istehsalının həcmi açıqlanıb
Masallı Sənaye Məhəlləsində istehsalın ümumi dəyəri 15 % artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər