

BP və SOCAR "Qarabağ" layihəsi ilə bağlı şərtləri razılaşdırır
BP və Dövlət Neft Şirkəti (SOCAR) Böyük Britaniya şirkətinin "Qarabağ" neft yatağının işlənilməsi layihəsinə daxil olmasının məsələsi üzərində işləyirlər.
"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.
Onun sözlərinə görə, BP şirkəti "Qarabaĝ" layihəsinə qoşulmaq niyyətindədir.
"Biz "Qarabağ" layihəsinə qoşulmaq istəyirik. Bununla bağlı niyyətimizi bildirmişik. Çoxlu sayda texniki, kommersiya şərtləri var. Bunların hər biri razılaşdırmalı, sənəd hazırlanmalıdır ki, biz imzalayaq və qoşulaq. Hələki SOCAR ilə işləyirik", - Tamam Bayatlı qeyd edib.
Xatırladaq ki, ötən ilin sentyabrında BP və SOCAR arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə qoşulmaq niyyətini açıqlayan anlaşma memorandumu (AM) imzalanıb. Birinci blok "Qarabağ" neft yatağıdır, ikincisi isə Əşrəfi - Dan Ulduzu - Aypara (ADUA) sahəsidir.
Qeyd edək ki, memorandum üzrə birinci blok Bakıdan 120 km şərqdə, “Günəşli” yatağından 20-25 km məsafədə, suyun 150-200 metr dərinliyində yerləşən "Qarabağ" neft yatağıdır. Yatağın işlənməsi üzrə 2018-ci ildə imzalanmış və Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya olunmuş mövcud Risk Xidməti Sazişi (RXS) var. Hazırda SOCAR RXS-də 100% iştirak payına malikdir.
İkinci blok Bakıdan 90-110 km şimal-şərqdə, suyun 80-180 metr dərinliklərində yerləşən Əşrəfi - Dan Ulduzu - Aypara (ADUA) sahəsidir. Bu sahə bir sıra mövcud kəşf olunmuş və perspektiv strukturları əhatə edir. ADUA sahəsinə aid kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü üzrə 2018-ci ildə imzalanmış və Milli Məclis tərəfindən ratifikasiya olunmuş mövcud saziş (HPBS) var. Hazırda SOCAR həmin HPBS-də iştirak payının 100%-nə malikdir.
Oxşar xəbərlər
Bəxtiyar Aslanbəyli: BP və SOCAR "Qarabağ" layihəsi üzrə danışıqlar aparır
"Şahdəniz"də yeni platforma tikiləcək
BP bu il “Qarabağ” yatağının işlənməsi layihəsinə daxil olmağı planlaşdırır
"Şahdəniz"də “Alfa” platformasının işi tam bərpa olunub
BP bu il Azərbaycanda platformaların dayandırılmasını planlaşdırmayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fərid Qayıbov: "Azərbaycan bir daha göstərdi ki, mötəbər yarışlara möhtəşəm şəkildə ev sahibliyi edir"
-
Minifutbol üzrə dünya çempionu olan Azərbaycan millisi mükafatlandırılıb
-
Tramp: Məhkəmənin idxal rüsumlarını bloklaması ABŞ-ın iqtisadi çöküşü olacaq
-
Bakıda 12 saylı cəzaçəkmə müəssisəsində binanın dam örtüyü uçub, bir məhkum xəsarət alıb
-
Din xadimlərindən ibarət nümayəndə heyəti Zəfər parkını ziyarət edib
-
Super Liqada 3-cü pillənin sahibi bəlli olub
