Azərbaycanda neft emalı 2,04% artıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda neft emalı 2,04% artıb


Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda 5 mln. tona yaxın neft emal edilib, bu da illik müqayisədə 2% çoxdur.

APA-Economics”in Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, ötən ilin müvafiq dövründə ölkədə 4,9 mln. ton neft emal edilib.

Xatırladaq ki, ötən il Azərbaycanda 6,5 mln. tona yaxın neft emal edilib, bu da illik müqayisədə 4,84% çoxdur.

Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Oxşar xəbərlər

Azərbaycanda bu il neft emalı azalıb
Azərbaycanda bu il emal olunan neftin həcmi açıqlanıb
Azərbaycanda əhalinin avtomobil yanacağına xərcləri 10% artıb
Ölkədə əhalinin avtomobil yanacağına xərcləri bu il 7%-dək artıb
Azərbaycanda neft kəmərlərində itkilərin həcmi açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər