MSK sədri: Kimlərinsə hay-küyünə görə seçkilərə kölgə salmaq olmaz
“DSK-nın qərarından sonra 3 gün ərzində bizə müraciət daxil olarsa, ona baxa bilərik”.
Sizinxeber.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
“Görürük kənarda gedib deyirlər nə olsun ki, 3 gün keçib, baxardılar. Amma belə deyil. Biz bilsək ki, seçkidə haradasa pozuntu var, onu dərhal müzakirə edərik. Amma kimlərsə dalaşıbsa və şikayət yoxdursa, biz buna baxa bilmərik. Bizim çəkinəcəyimiz heç bir məsələ yoxdur. Seçki günü 6478 məntəqədə seçki keçirilib. Bütün müşahidəçilər seçkini izləyib. Onların qarşısını heç kim ala bilməz. Barmaq sayı ilə sayıla biləcək məntəqədə xoşagəlməz hallar sosial şəbəkədə yayılıb.
Pozuntu olan şeyə biz pozuntu deyəcəyik. Amma kimlərinsə hay-küyünə görə ümumi seçkilərə kölgə salmaq olmaz. Pozuntudan pozuntuya çox fərq var. Elə pozuntu var, nəticələrə təsir etmir. Amma bu pozuntu da cəzalandırılmalıdır. Lakin belə hallara görə bizim çəkdiyimiz əziyyətə kölgə salmaq olmaz. Biz əziyyət çəkmişik. Seçkilər çox yüksək səviyyədə keçib”, - MSK sədri vurğulayıb.
Oxşar xəbərlər
Məzahir Pənahov: Seçki ilə bağlı sosial şəbəkələrdəki görüntülər araşdırılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
MSK sədri: Daxil olan müraciətlər şəffaf şəkildə araşdırılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
MSK sədri ATƏT/DTİHB-yə təşəkkür edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məzahir Pənahov: Aşağı seçki komissiyalarının fəaliyyətindən ümumilikdə razıyam [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












