Malayziyalı müşahidəçi: Seçkilərin maneəsiz və yüksək səviyyədə keçirildiyinin şahidi olduq
sizinxeber.az xəbər saytı

Malayziyalı müşahidəçi: Seçkilərin maneəsiz və yüksək səviyyədə keçirildiyinin şahidi olduq


Azərbaycanda parlament seçkilərinin maneəsiz və yüksək səviyyədə həyata keçirilməsinin şahidi olduq.

APA xəbər verir ki, bu barədə Malayziya Senatının sədr müavini Nur Jazlan bin Mohamed mətbuat üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, parlament seçkilərinə müşahidəçi kimi qatılmaq üçün Milli Məclis tərəfindən dəvət olunublar:

“Mən ikinci dəfədir ki, seçkilərdə iştirak edirəm. İlk dəfə fevralda prezident seçkilərində iştirak etmişəm. O zaman da mən yüksək səviyyədə seçkilərin şahidi olmuşdum və eyni təəssüratları indi də yaşadım.

Dünən biz heç bir maneə olmadan bir neçə seçki məntəqələsində olduq. İnsanların seçki məntəqələrinə gəldiyinin və onların maneəsiz şəkildə seçki prosesində iştirakının şahidi olduq. Sülh səviyyəsində demokratik prosesin həyata keçirildiyin gördük. Müşahidəçi qismində beynəlxalq standartların tətbiq edildiyini gördük”, - deyə o əlavə edib.

O, həmçinin qeyd edib ki, bu, gələcəkdə iki ölkə arasında olan münasibətlərin gücləndirilməsinə öz töhfəsini verəcək.

Oxşar xəbərlər

Pakistan Senatının üzvü: İnsanların sərbəst səs verdiyinin şahidi olduq [xfgiven_updateblue][/xfgiven_updateblue]
İPC-nin Baş katibi: Seçkilər təzyiq və məcburiyyət olmadan keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vladimir Kreydenko: Azərbaycanda keçirilən parlament seçkiləri beynəlxalq standartlara uyğundur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kamboca Milli Assambleyasının üzvü: Seçki ilə bağlı hər şey çox yaxşı təşkil edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İtaliyalı müşahidəçi: Seçki prosesi şəffaf və demokratik şəkildə təşkil olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər