TÜRK PA seçkilərin beynəlxalq demokratiya standartlarına uyğun keçirildiyini təsbit edib
sizinxeber.az xəbər saytı

TÜRK PA seçkilərin beynəlxalq demokratiya standartlarına uyğun keçirildiyini təsbit edib


"Türkdilli Dövlətlərin Parlament Assambleyasının müşahidə missiyası hesab edir ki, Azərbaycanda seçkilər uğurla keçirilib”.

APA xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin üzvü Ahmet Zembilci bu gün keçirilən mətbuat konfransında deyib.

O, seçkiöncəsi hazırlıq prosesinin də standartlara uyğun olduğu qənaətinə gəldiklərini söyləyib:

"Türkdilli Dövlətlərin Parlament Assambleyası Bakı, Şamaxı və Qobustandakı seçki məntəqələrində hazırlıqların uğurla həyata keçirildiyini müşahidə edib. Əsas missiyamız seçki prosesinin uğurla həyata keçirildiyini izləməkdən ibarət idi. Missiyamız səlahiyyətli orqanların bu prosesə kifayət qədər peşəkar hazırlaşdığının şahidi olub. Onu da müşahidə etdik ki, seçki məntəqələrində fiziki məhdudiyyətli insanların səs verməsi üçün şərait yaradılıb, səyyar qutular təşkil edilib. TÜRK PA bu seçkilərin beynəlxalq demokratiya standartlarına uyğun keçirildiyini təsbit edib".

Oxşar xəbərlər

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini: Seçkilər çox sakit, demokratik pirinsiplərə uyğun keçirildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
MDB PA-nın nümayəndəsi: Azərbaycanın seçki qanunvericiliyi seçkilərin şəffaf keçirilməsini təmin edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İPC-nin Baş katibi: Seçkilər təzyiq və məcburiyyət olmadan keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Asiya Parlament Assambleyasının Baş katibi: Seçki prosesi zamanı seçici fəallığını müşahidə etdik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vladimir Kreydenko: Azərbaycanda keçirilən parlament seçkiləri beynəlxalq standartlara uyğundur [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər