Asiya Parlament Assambleyasının Baş katibi: Seçki prosesi zamanı seçici fəallığını müşahidə etdik
Biz xoşbəxtik ki, Azərbaycan parlamenti tərəfindən Asiya Parlament Assambleyası olaraq seçkiləri müşahidə etmək üçün dəvət olunmuşuq.
APA xəbər verir ki, bunu Asiya Parlament Assambleyasının Baş katibi Məhəmməd Rza Məcidi mətbuat üçün keçirilən brifinqdə deyib.
"Biz dünən parlament seçkilərində müşahidəçi qismində iştirak etmişik və səsvermə prosesini müşahidə etmişik. Mərkəzi Seçki Komissiyasına seçki prosesinin tam yaxşı şəkildə həyata keçirilməsi üçün təşəkkür edirəm. Eyni zamanda, təşəkkür etmək istəyirəm ki, onlar bizə müşahidəçi qismində iştirak üçün bütün şəraiti yaratmışdılar. Qeyd edim ki, Azərbaycanda keçirilən parlament seçkilər şəxsən mənim üçün böyük əhəmiyyətə sahib idi. Çünki Milli Məclis bizim Assambleyaya böyük əhəmiyyət verir. Seçki prosesi zamanı seçki məntəqələrində seçici fəallığı müşahidə etdik. Müxtəlif seçki məntəqələrini ziyarət etdiyimiz zaman seçicilərin yaxşı şəkildə məntəqələrə gəldiyini müşahidə etdik".
Məhəmməd Rza Məcidi həmçinin əlavə edib ki, Mərkəzi Seçki Komissiyası şəffaflığı təmin etmək və seçki bülletenlərinin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görmüşdü: "1 sentyabr parlament seçkiləri seçki prosesində irəliləyiş olduğunu nümayiş etdirdi. Fürsətdən istifadə edərək Azərbaycan hökumətinə, parlamentinə və xalqına öz təşəkkürlərimi bildirmək istəyirəm. Eyni zamanda, təşəkkürümü Mərkəzi Seçki Komissiyasına etmək istəyirəm ki, onlar bizim ölkəyə səyahət edərək buradakı seçki prosesini müşahidə etməyimizə şərait yaratdılar”.
Oxşar xəbərlər
Efiopiyalı parlamentari: Azərbaycanda keçirilən seçkilər bizim üçün nümunə oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda parlament seçkilərində səsvermə başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvan Ali Məclisinə seçkilərə start verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
MDB PA-nın nümayəndəsi: Azərbaycanın seçki qanunvericiliyi seçkilərin şəffaf keçirilməsini təmin edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












