Rusiyadan olan müşahidəçi: Seçkilər şəffaf keçirilir
sizinxeber.az xəbər saytı

Rusiyadan olan müşahidəçi: Seçkilər şəffaf keçirilir


Azərbaycanda növbədənkənar parlament seçkiləri dəqiq, şəffaf və demokratik keçirilir.

Bu fikirləri Sizinxeber.az-nın cənub bürosuna Rusiya Federasiyasının Tümen vilayətindən olan müşahidəçi İqor Xalin deyib. Beynəlxalq müşahidəçi seçki prosesində onlar üçün maraq doğuran məqamlardan birinin də seçicinin seçki bülletenini alarkən ultrabənövşəyi lampadan istifadə edilməsi olduğunu deyib.

O, bildirib ki, Tümen vilayətində seçki komissiyasında çalışır və buraya gələn həmkarları ilə birgə öz işlərinin peşəkarlarıdırlar: "Biz cümə günündən Azərbaycandayıq. Lənkəranı gəzdik, şəhər çox xoşumuza gəldi. Burada seçki məntəqələrində çox dəqiq işləyirlər. Gün ərzində 10 məntəqəyə baxış keçirtdik. İnsanlar seçkilərə könüllü, xoş əhval-ruhiyyə ilə gedirlər. Seçki prosesində neqativ hallarla qarşılaşmadıq”.

Oxşar xəbərlər

İtaliyalı müşahidəçi: Seçki prosesi şəffaf və demokratik şəkildə təşkil olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvan Ali Məclisinə seçkilərə start verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
MSK sədri ATƏT/DTİHB-yə təşəkkür edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
MDB PA-nın nümayəndə heyəti parlament seçkilərinə hazırlıq prosesi barədə məlumatlandırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər