Ağdamın azad edilmiş ərazilərində seçkini beynəlxalq müşahidəçilər izləyib - FOTO
Ağdamın işğaldan azad edilmiş ərazilərində dörd məntəqədə seçki prosesi keçirilir.
Sizinxeber.az-nın Qarabağ müxbiri xəbər verir ki, məntəqələrdə seçici fəallığı müşahidə olunur.
48 saylı seçki məntəqəsinin sədri Arzu Rəhimova seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradıldığını, o cümlədən neqativ halın müşahidə edilmədiyini bildirib.
O, həmçinin səsvermənin gedişini 8 yerli, həmçinin MDB-dən gəlmiş müşahidəçinin izlədiyini qeyd edib.
Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilərlə bağlı Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində 118 saylı Ağdam-Xocalı seçki dairəsinin dörd məntəqəsi yaradılıb.
48 saylı məntəqə Ağdam şəhəri Konfrans Mərkəzində, 49 saylı məntəqə “Azərenerji” ASC-nin binasında, 50 saylı məntəqə Kəngərli kəndində, 51 saylı məntəqə Xıdırlı kəndində təşkil edilib.
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə saat 10:00-a olan seçici fəallığı açıqlanıb
Xocalıda səsvermə keçirilir - FOTO
Azad edilmiş ərazilərdə saat 12:00-a olan seçici fəallığı açıqlanıb - YENİLƏNİB
MDB PA müşahidəçiləri: Seçicilərin azad şəkildə öz fikirlərini ifadə etməsi üçün hər cür şərait yaradılıb - FOTO
Şuşadakı seçki məntəqəsinin sədri: Yerli və beynəlxalq müşahidəçilər səsvermə prosesini izləyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












