Belaruslu müşahidəçi: Füzuli və Xankəndidəki səsvermədə hər cür şərait yaradılıb
“Səsvermə prosesini müşahidə etdiyimiz işğaldan azad olunan Füzuli və Xankəndi şəhərlərində vətəndaşların iradəsini rahat bildirməsi üçün hər cür şərait yaradılıb”.
Sizinxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Belarus Respublikası Milli Məclisi Respublika Şurasının sədr müavini Sergey Xomenko deyib.
O bildirib ki, müşahidələri nəticəsində Azərbaycanda səsvermə prosesinin Seçki Məcəlləsinə uyğun olaraq təşkil edildiyi qənaətinə gəlinib:
“Biz işğaldan azad olunan və hazırda bərpası həyata keçirilən ərazilərdəki seçki məntəqələrində olduq. Söhbət Füzuli və Xankəndi şəhərlərindən gedir. Biz həm də Şuşa şəhərində olacağıq. Onu deyə bilərəm ki, vətəndaşların öz iradəsini rahat şəkildə bildirməsi, eləcə də ictimai asayişin təminatı kimi şərtlərə əməl olunub, proses Seçki Məcəlləsinə uyğun şəkildə təşkil edilib. Xalqın seçimi üçün şərait yaradılıb. Sadə insanlar da deyirlər ki, onlar yalnız ölkənin çiçəklənməsinə xidmət edəcək deputatların seçiləcəyinə əmindirlər. Hər iki ölkənin parlament sədrləri arasında dostluq münasibətləri mövcuddur. Ümid edirik ki, onların arasındakı səmimi münasibətlər parlamentlərimizin də əlaqələrində özünü göstərəcək”.
Oxşar xəbərlər
ATƏT Müşahidə Missiyasının koordinatoru: Səsvermə prosesini müşahidə üçün əlverişli şərait yaradılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
MDB PA müşahidəçiləri: Seçicilərin azad şəkildə öz fikirlərini ifadə etməsi üçün hər cür şərait yaradılıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Seçkiləri rekord sayda - 5500 nəfərdən çox QHT təmsilçisi müşahidə edir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vladimir Kreydenko: Azərbaycanda keçirilən parlament seçkiləri beynəlxalq standartlara uyğundur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Serbiyalı deputat: Seçki prosesi yüksək demokratiya şəraitində təşkil olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












