MDB PA Şurasının baş katibi: Azərbaycanda seçki öncəsində sosial şəbəkələrdə qara piar mövcud deyil
sizinxeber.az xəbər saytı

MDB PA Şurasının baş katibi: Azərbaycanda seçki öncəsində sosial şəbəkələrdə qara piar mövcud deyil


Seçki öncəsində bir çox ölkələrin sosial şəbəkələrində hökm sürən qara piar Azərbaycanda mövcud deyil.

APA xəbər verir ki, bunu jurnalistlərə MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi Dmitri Kobitski bildirib.

Dmitri Kobitski qeyd edib ki, Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının müşahidə missiyasının üzvləri seçki prosesinin gedişatını müşahidə etmək üçün Azərbaycanda artıq uzun müddətdir fəaliyyətə başlayıb: “Bizim 40 nəfərlik missiyamız var. Onlardan 33-ü Azərbaycanda fəaliyyət göstərir. Seçki bitdikdən sonra axşam saatlarında toplaşıb nəticələri müzakirə edəcəyik. Sonra isə yekun hesabat hazırlanacaq. Yekun rəyimizi isə bazar ertəsi açıqlayacağıq. Lakin onlar Konstitusiya Məhkəməsi nəticələri elan etdikdən sonra dərc olunacaq. Mərkəzi Seçki Komissiyası səsvermə prosesinin uğurla həyata keçirilməsi üçün əlindən gələni edir. Seçki öncəsində bir çox ölkələrin sosial şəbəkələrində hökm sürən qara piar Azərbaycanda mövcud deyil".

Oxşar xəbərlər

ATƏT/DTİHB müşahidə missiyasının rəhbəri: Missiyamızı təsbit edilmiş prinsiplərə uyğun həyata keçirəcəyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
MDB PA-nın Azərbaycandadakı seçkiləri müşahidə edəcək missiyasının tərkibi formalaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
MDB PA-nın nümayəndə heyəti parlament seçkilərinə hazırlıq prosesi barədə məlumatlandırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ATƏT-in müşahidə missiyası sabahdan Azərbaycanda fəaliyyətə başlayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Konstitusiya Məhkəməsində MDB PA-nın müşahidəçiləri ilə görüş keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər