

Süni intellekt texnologiyalarıyla əlaqədar sahibkarlara güzəştli kreditlər veriləcək
Ölkədə süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı sahibkarlıq subyektlərinə güzəştli kreditlər veriləcək.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda əksini tapıb.
Strategiyaya əsasən, 2025– 2028-ci illərdə İqtisadiyyat Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi ilə birlikdə ölkədə süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi, zəmanət və digər dəstək mexanizmlərinin tətbiq dairəsinin genişləndirilməsini təmin etməlidir.
Bu illər ərzində sahibkarlıq subyektlərinin süni intellektin tətbiqi ilə bağlı üzləşdikləri maliyyə çatışmazlığının tədqiq olunacaq. Sahibkarlıq subyektlərinə dəstək mexanizmlərinin tətbiqi ilə bağlı normativ hüquqi akt layihələri hazırlanacaq və təsdiq üçün təqdim olunacaq. Eyni zamanda güzəştli maliyyə resurslarına çıxış imkanlarının artırılması məqsədilə təşviqat tədbirləri həyata keçiriləcək. Belə ki, azı 50 sahibkarlıq subyektinə güzəştli kredit veriləcək.
Oxşar xəbərlər
2025–2028-ci illər üçün süni intellekt Strategiyası təsdiq edilib
Mərkəzi Bank: Biznes kreditlərinə tələb artacaq
Süni intellekt sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı müəyyənləşib
Baş nazir: Azərbaycanın süni intellekt strategiyası hazırlanır
Təkmilləşdiriləcək və bərpa olunacaq dəmiryolu xətləri açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“WUF13 QHT Koalisiyası”nın növbəti hibrid görüşü keçirilib
-
İran DİN başçısı: Şahid Rəcai limanında yanğın yenidən alovlanıb
-
Peskov: Tramp və Rusiyanın Ukrayna ilə bağlı mövqelərində bir çox elementlər üst-üstə düşür
-
Qəzza zolağında baş verən toqquşmalarda iki İsrail hərbçisi həlak olub
-
“Die Weltwoche”: Brüssel Avropa Komissiyasının toksik rəhbərinin istefasını istəyir
-
Premyer Liqa: "Qarabağ" bu gün çempionluğu rəsmiləşdirə bilər
