Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər
sizinxeber.az xəbər saytı

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər


Yuxusuzluq Parkinson və Alzheymer xəstəliklərinin erkən əlaməti kimi ortaya çıxa bilər.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya məlumat verib.

Onun sözlərinə görə, qəfil başlayan yuxusuzluq Parkinson xəstəliyinə işarə edə bilər. Bu xəstəliyin ilkin mərhələsində sürətli yuxu fazasında davranış pozuntusu yarana bilər - insan qeyri-ixtiyari hərəkətlər edir, danışır və ya əllərini yelləyir. Bildirilib ki, yuxu problemləri titrəmə və əzələ sərtliyi kimi əsas simptomlardan illər əvvəl müşahidə oluna bilər.

Həkim qeyd edib ki, oxşar vəziyyət Alzheymer xəstəliyində də müşahidə olunur. Erkən mərhələdə sirkadian ritmlər pozulur, beyinin yuxu və oyanıqlıq fazalarını tənzimləməsi çətinləşir. Nəticədə insan gec yuxuya gedir, gecə tez-tez oyanır və gündüz güclü yuxululuq hiss edir.

Oxşar xəbərlər

Yer kürəsində güclü maqnit qasırğası baş verib
Yuxusu ərşə çəkilənlərin diqqətinə: Bu meyvənin suyunu için!
Alimlər alzheymer xəstəliyinin inkişafında ehtimal olunan mərhələlərin adını açıqlayıblar
Araşdırma: Qısa və qeyri-sabit yuxu piylənmə riskini artırır
Alimlər Altsheymer xəstəliyinin beynə iki mərhələdə təsir etdiyini aşkar ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər