TƏBİB: Bayram günlərində 52 mindən çox müraciət olub
Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə 20-31 martda 24 523 çağırış daxil olub. Bu çağırışlardan 2 268 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.
59 region üzrə isə bayram günlərində təcili tibbi yardım xidmətinə 27 981 çağırış daxil olub. 2 695 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.
Bakı şəhəri üzrə ən çox müraciət 31.03.2025-ci il tarixində qeydə alınıb.
Belə ki, müraciət sayı 2 274, hospitalizasiya olunanların sayı 217 nəfər təşkil edib.
Çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif növ travmalar, dispeptik əlamətlər, kardioloji və respirator xəstəliklər və s. ilə bağlı olub.
Oxşar xəbərlər
Qeyri-iş günlərində təcili tibbi yardıma 40 minə yaxın çağırış daxil olub
Novruz Bayramı günlərində təcili tibbi yardıma 30 minə yaxın müraciət olub
Seçki günü məntəqələrdən 11 nəfər təcili yardıma müraciət edib
Bakıda yol qəzası olub, 3 nəfər xəsarət alıb
Sumqayıtda Reabilitasiya Mərkəzində baş verən yanğında bir nəfər xəsarət alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













