Ambulanslarda olan dərmanların yeni siyahısı hazırlanıb
Ambulanslarda olan dərman siyahısına yenidən baxılıb və sayı artırılıb.
"Report" xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktorunun müşaviri Elşad Məmmədli Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair keçirilən brifinqdə deyib.
O bildirib ki, təcili tibbi yardım avtomobilində olan dərman çantasında yer alan dərmanların yeni siyahısı hazırlanıb.
Müşavir qeyd edib ki, ambulanslarda dərman və tibbi sərf təminatının qəbul olunacaq standartlara cavab verməsi və bunun davamlı olması üçün yeni hazırlanan standartlar tətbiq ediləcək:
"Ambulanslar və çantalar ölkə üzrə vahid standartlar üzrə komplektləşdiriləcək. Personalın, xüsusilə, müasir və yeni alınmış cihaz və avadanlıqları, xərək sistemlərini istifadə etmək bacarıqları diqqət mərkəzində saxlanılacaq".
Oxşar xəbərlər
Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin stansiya və filiallarının yeni allokasiya xəritəsi hazırlanır
Tibb müəssisələrinin tərkibindəki 38 Təcili və Təxirəsalınmaz tibbi yardım şöbəsi vahid mərkəzdə birləşdirilib
Azərbaycana 5 ədəd tam elektrikli təcili yardım avtomobili gətiriləcək
TƏBİB sədri: Keçən illə müqayisədə təcili yardıma daxil olan çağırış və təxliyə sayı artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
