Özbəkistanda Qərbi Azərbaycan mövzusunda sərgi təşkil ediləcək
sizinxeber.az xəbər saytı

Özbəkistanda Qərbi Azərbaycan mövzusunda sərgi təşkil ediləcək


Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Qərbi Azərbaycana qayıdış” mövzusunda icra edilən QHT layihələri ilə bağlı ictimai hesabat xarakterli brifinq keçirib.

APA xəbər verir ki, brifinq çərçivəsində “Qərbi Azərbaycana qayıdış” mövzusunda Agentliyin dəstəyi ilə ərsəyə gətirilmiş layihələrin nəticələrinə dair sərgi də təşkil olunub.

Qeyd edilib ki, bu mühüm xətt üzrə son illər QHT-lər 200-dən çox məqalə ilə çıxış edib, 15 kitab nəşr edib. “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin “İrəvan: tariximiz, torpağımız, taleyimiz”, “Kainat” Milli-Mənəvi Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin “İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabları bu qəbildəndir.

Brifinqdə çıxış edən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin departament müdiri Elnur Bağırlı bildirib ki, yaxın günlərdə “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin icra etdiyi layihə çərçivəsində "Zəngəzur" mahnısı ictimaiyyətə təqdim olunacaq, radiolarda səslənəcək. Həmçinin "Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İctimai Birliyi Özbəkistanda Qərbi Azərbaycan mövzusunda sərgi təşkil edəcək. Bundan əlavə, QHT-lərin layihələri çərçivəsində “Qərbi azərbaycanlıların Qars köçü” mövzusunda sənədli film də hazırlanır. Azərbaycan Ədəbiyyatı Fondu isə “Qərbi Azərbaycan əsərlərdə” layihəsi çərçivəsində yeni bədii əsərin təqdimatını edəcək.

Sərgidə təqdim olunan materiallarda Qərbi Azərbaycan mövzusu tarixi ədalət, qayıdış hüququ, fundamental insan hüquqları, etnik təmizləmənin ifşası, monoetnik dövlətdə siyasi və hüquqi mübarizə obyekti, regionda sabitliyə töhfə verən konsepsiya kimi təqdim olunub.

Sonda Qərbi Azərbaycan mətbəxinə dair qənnadı nümunələri iştirakçılara təqdim olunub.

Oxşar xəbərlər

Aygün Əliyeva: "Qərbi Azərbaycana qayıdış” istiqamətində QHT-lərin fəallığı heç vaxt indiki miqyasda olmayıb
“Qərbi azərbaycanlıların Qars köçü” sənədli filmi hazırlanır, “Zəngəzur" mahnısı ictimaiyyətə təqdim olunacaq
COP29 Təşkilat Komitəsinin tərkibindəki QHT-lərlə və ekspertlərlə görüş keçirilib
“Açıq hökumətin təşviqində və korrupsiyaya qarşı mübarizədə medianın rolu” mövzusunda dəyirmi masa keçirilib - FOTO
Şamil Ayrım: Türkiyə qərbi azərbaycanlıların öz yurdlarına qayıtmaq çağırışını sona qədər dəstəkləyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər