

Mövlud Çavuşoğlu: Bölgədə sülhü bərqərar etmək Türkiyə ilə Azərbaycanın ortaq arzusudur
“Qərbi Azərbaycan İcmasının fəaliyyəti illərdir haqsızlığa məruz qalmış azərbaycanlılarının hüquqlarını təmin etmək üçün əhəmiyyətlidir”.
APA xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının qayıdış hüququ mövzusunda təşkil etdiyi II beynəlxalq konfransın açılış sessiyasında Türkiyə Respublikasının sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü, NATO Parlament Assambleyasında Nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, Qərbi Azərbaycan İcmasının fəaliyyəti beynəlxalq hüquqa tamamilə uyğundur: “Bu, torpaq məsələsindən daha çox insan haqqı məsələsidir. Ermənistan hökuməti isə hələ də dialoq çağırışlarına cavab vermir”.
M.Çavuşoğlu çıxışında Ermənistanda məhv edilən Azərbaycanın mədəni irsinin qorunması vacib məsələ olduğunu xüsusi vurğulayıb və beynəlxalq təşkilatların bu məsələyə biganə qalmamasının zəruriliyini bildirib.
“Azərbaycanın sülhyönümlü siyasəti təqdirəlayiqdir. Bölgədə sülhü bərqərar etmək Türkiyə ilə Azərbaycanın ortaq arzusudur. Prezident İlham Əliyevin təşəbbüsləri hər kəsə nümunə olmalıdır. Ermənistanın bu təşəbbüslərə adekvat cavab verməsi vacibdir”, - deyə o əlavə edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib
İcma sədri: Ermənistan ərazisinə UNESCO-nun missiya göndərməsinə icazə vermir
Əziz Ələkbərov: “Ermənistan hökumətinin konstruktiv dialoqa hazır olmaması bölgədə davamlı sülhün qurulmasını çətinləşdirir”
“Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda II beynəlxalq konfrans keçiriləcək
Milli Məclisin sədri Mövlud Çavuşoğlu ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
