Əhməd Metani: Münaqişələr zamanı itkin düşmüş şəxslərin axtarışı problemi aktual olaraq qalır
sizinxeber.az xəbər saytı

Əhməd Metani: Münaqişələr zamanı itkin düşmüş şəxslərin axtarışı problemi aktual olaraq qalır


Münaqişələr nəticəsində itkin düşmüş şəxslərin axtarışı məsələsi son dərəcə vacib mövzudur.

"Report"un Xankəndiyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Fələstinin Azərbaycandakı səfiri Əhməd Metani diplomatik korpusun nümayəndələrinin Qarabağa səfəri çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

"Bu, çox ağrılı mövzudur - övladlarını, ata-analarını itirmiş ailələr üçün ağrılıdır. Onları tapmaq çox vacibdir", - səfir bildirib.

O qeyd edib ki, Fələstin də bu problemlə üzləşib.

"Biz də meyitlərin axtarışındayıq. Burada, əlbəttə, mülki şəxslərə hörmət edilməsini və bu insanların qaytarılmasını tələb edən beynəlxalq hüquq qüvvədə olmalıdır", - səfir deyib.

Oxşar xəbərlər

İtkin düşmüş şəxslərin ailələri ilə görüş təşkil olunacaq
DTX rəisi: Ermənistan itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasında hələ də qeyri-konstruktiv mövqe sərgiləyir
DTX generalı: İtkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələdə erməni tərəfi ilə əməkdaşlığa hazırıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər