Beynəlxalq səyyahlardan ibarət heyət Şuşadadır
sizinxeber.az xəbər saytı

Beynəlxalq səyyahlardan ibarət heyət Şuşadadır


Beynəlxalq səyyahlardan ibarət heyət Şuşaya səfər edib.

"Report"un məlumatına görə, xarici qonaqlar şəhərdə aparılan bərpa işlərinin gedişi ilə tanış olub, həmçinin Şuşa qalasına baş çəkiblər.

Səfər dünyamiqyaslı MTP (Most traveled People) təşkilatı tərəfindən təşkil olunub.

Son 4 il ərzində 50-yə yaxın ölkədən 360-dan çox beynəlxalq səyahətçi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib. Səyyah Çarlz Veylinin rəhbərlik etdiyi qrupun səfəri bu qəbildən olan sayca 11-ci səfərdir. Bu səfərdə 13 ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və digər ölkələrdən səyahətçilər iştirak edirlər.

Beynəlxalq səyyahlar bu gün Xocavənd, Şuşa, Xankəndi və Ağdamda olacaq, iyulun 26-da Şərqi Zəngəzura, iyulun 27-də isə Zəngilan və Cəbrayıla səfər edəcəklər.

Oxşar xəbərlər

Bir qrup beynəlxalq səyyahın Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bir qrup beynəlxalq səyyah Qarabağa və Şərqi Zəngəzura səfər edib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
II Şuşa Qlobal Media Forumunun xarici qonaqları Laçına səfər edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
II Şuşa Qlobal Media Forumunun xarici qonaqları Füzulidəki dağıntılarla tanış olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
USAID rəhbəri Ermənistana səfər edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər