Xüsusi nümayəndə: Ermənistan işğal dövründə Azərbaycanın təbii sərvətlərini talan edib
sizinxeber.az xəbər saytı

Xüsusi nümayəndə: Ermənistan işğal dövründə Azərbaycanın təbii sərvətlərini talan edib


Ermənistan işğal dövründə Azərbaycanın təbii sərvətlərini talan edib.

“Sizinxeber.az”un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Qarabağ Universitetində diplomatik korpus nümayəndərinin Xankəndi səfəri çərçivəsində deyib.

O qeyd edib ki, Ermənistan 30 il ərzində Azərbaycana qarşı ciddi müharibə cinayətləri törədib:

“Həmin dövrdə mövcud infrastruk baxımsız qalıb, meşələr qırılıb, sular çirkləndirilib, təbii sərvətlər talan edilib. Azərbaycan xalqına məxsus dini-mədəni abidələr dağıdılıb, tarixi abidələrimiz saxtalaşdırılıb, qəbirlər dağıdılıb”.

Xüsusi nümayəndə vurğulayıb ki, Azərbaycan isə əraziləri işğaldan azad etdikdən sonra burada qalan Ermənistan vətəndaşlarının bütün ehtiyaclarını qarşılamağa səy göstərib:

“İşğal dövründə Xankəndinin memarlıq üslubuna ciddi xələl gətirilib. Burada müasir şəhər həyatının tələblərinə cavab verən heç bir sistem quraşdırılmayıb”.

Oxşar xəbərlər

Hikmət Hacıyev: İşğal dövründə Azərbaycanın bir çox mədəni və dini abidələri dağıdılıb, talan edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident Elçin Yusubova vəzifə verdi - SƏRƏNCAM [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elçin Yusubov: Xocalı sakinlərinin yurdlarına köçürülməsi istiqamətində lazımi işlər görülür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezidentin xüsusi nümayəndəsi: Təəssüf ki, böyük dövlətlər Xocalı soyqırımına biganə qalıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gündüz İsmayılov: Azad edilmiş ərazilərdəki tarixi-dini abidələr turizm məqsədilə də istifadə ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər