Gürcüstanlı səyahətçi: Hər dəfə Qarabağda tikinti işlərinin necə fəal getdiyinin şahidi oluram
Mən artıq bir neçə dəfə Qarabağa səfər etmişəm və hər dəfə regionda tikintinin necə fəal getdiyini görürəm.
“Report” xəbər verir ki, bunu Gürcüstandan olan jurnalistlər qrupunun tərkibində Qarabağa səfər edən gürcüstanlı jurnalist Ramilə Əliyeva deyib.
O, Qarabağ bölgəsinin erməni işğalından azad edildikdən sonra bərpa olunduğunu görərək Azərbaycan üçün qürur hissi keçirdiyini söyləyib.
“Azərbaycanın azad edilmiş ərazilərdə layihələri həyata keçirərkən göstərdiyi həvəsə heyranam”, – o vurğulayıb.
Gürcüstanda yaşayan etnik azərbaycanlı olan R.Əliyeva Qarabağın bütün dünya azərbaycanlılarının həmrəylik rəmzi olduğuna diqqət çəkib. O vurğulayıb ki, imkan olduqda, ailəsi və dostları ilə birlikdə yenidən Qarabağa gəlməkdən məmnun olacaq.
Səyahətçi həmçinin qeyd edib ki, Qarabağa səfəri çərçivəsində Şuşada keçirilmiş media forumlarına qatılıb.
“Bu forumlar mənim üçün çox önəmli idi, orada çox vacib məsələlər qaldırılmışdı. Ərazi bütövlüyünü bərpa etməklə Azərbaycan dünya siyasətindəki rolunu göstərdi və ölkənin çiçəklənməsi Gürcüstana və bütün Cənubi Qafqazın inkişafına müsbət təsir göstərəcək”, – gürcüstanlı səyahətçi əlavə edib.
Oxşar xəbərlər
Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanlı səyyah: Qarabağ Universitetində elmi dərəcə almaq istəyirəm [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanlı səyyah: Qarabağa gəlmək çoxdankı arzum idi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çarlz Veyli: Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin böyük turizm potensialı var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanlı səyyahların Azərbaycanın azad edilmiş ərazilərinə səfəri başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












