Olimpiya çempionları Azercell-in qonağı oldular
sizinxeber.az xəbər saytı

Olimpiya çempionları Azercell-in qonağı oldular




Avqust ayının 21-də Azercell-in prezidenti Zərinə Zeynalova Paris Olimpiya Oyunlarında Azərbaycana qızıl medallar qazandıran cüdoçular Hidayət Heydərov və Zelim Kotsoyev iləgörüşdü. Görüş Cüdo FederasiyasınınAzercell-in nümayəndə heyətinin iştirakı ilə baş tutdu.

"Azərbaycan yığmasının hər bir çıxışını böyük həyəcanla izləyirdik. Olimpiya Oyunlarının nəticəsi cüdoçularımızın zəhmət və əzmkarlığının bariz nümunəsi oldu. Bayrağımızı Parisdə zirvələrə qaldıraraq bu sevinc hissini bizə yaşatdığınız üçün sizə təşəkkürümüzü bildiririk. Sizinlə fəxr edirik”,- deyə Zərinə Zeynalova idmançıları təbrik etdi.

Z. Zeynalova AzercellCüdo Federasiyasının əməkdaşlığı haqqında da danışdı: “Üç ilə yaxındır ki, şirkətimiz Azərbaycan Cüdo Federasiyasının məğrur tərəfdaşıdır.

Cüdoçularımızınardıcıl olaraq dünya miqyasında nüfuzlu çempionatlardan qalibiyyət ilə dönməsibizi qürurlandırır.Sosial məsuliyyətli korporativ vətəndaş kimi bu əməkdaşlığın ölkəmizdə idmanın inkişafı ilə yanaşı, cəmiyyətin rifahının daha da yaxşılaşdırılması üçün faydalıolmasına çalışırıq.

Federasiya ilə birgə səylərimiz nəticəsində “Qızlara ağ yaraşır”, “Söz verirəm” “Doğru yol budur” adlı layihələri həyata keçirməklə ölkəmizdə qızlar arasında sağlam həyat tərzinin bliği, erkən nikahların qarşısının alınması, uşaq hüquqlarının qorunması, narkomaniya ilə mübarizə kimi mühüm mövzuları gündəmə gətirməyə müvəffəq olmuşuq. Bu nəticələr tərəfdaşlığımızın məhsuldarlığını bir daha sübut edir”.

Görüş çərçivəsində Olimpiadanın super çempionları Azercell-in “SuperSən” tarif paketinə abunə oldular.  Daha sonra qəhrəmanlarımızın Azercell əməkdaşları ilə  görüşü baş tutdu.

Ölkənin lider mobil operatoru idmançılarımızı, Azərbaycan Cüdo Federasiyasını və bütün Azərbaycan xalqını bir daha ürəkdən təbrik edir! Hidayət və Zelim, səsiniz daima ən uca zirvələrdən gəlsin!

Sizinxeber.az

Oxşar xəbərlər

Olimpiya çempionları Azercell-in qonağı olub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev və Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevə zəng ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elnur Məmmədli: Fransalıları Azərbaycan himnini dinləməyə vadar etdik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fərid Qayıbov: Hidayət Heydərov və Zelim Kotsoyevin sayəsində idmanımızda yeni tarix yazıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ümumdünya Taekvondo Federasiyasının prezidenti Azərbaycanın Parisdəki Olimpiya Evində olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər