Fərid Qayıbov: Hidayət Heydərov və Zelim Kotsoyevin sayəsində idmanımızda yeni tarix yazıldı
Cüdoçularımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (100 kq) olimpiya çempionu olmaları sayəsində idmanımızda yeni tarix yazıldı.
"Sizinxeber.az" xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov qurumun rəsmi saytındakı qeydində yazıb.
İdmançılarımızın Paris-2024-dəki çıxışına toxunan nazir cüdoçuların dünya və olimpiya çempionu olmalarını da böyük nailiyyət adlandırıb:
"Əsas məqsədi iştirak olan olimpiadada hər ölkənin idmançıları bayrağını yüksəltmək, himnini səsləndirmək üçün mübarizə aparır. Hidayətin və Zelimin son 2 ay ərzində dünya və olimpiya çempionu titulu qazanmaları böyük nailiyyətdir. Bu münasibətlə onları, Azərbaycan Cüdo Federasiyasını, ümumiyyətlə idman ictimaiyyətimizi təbrik edirəm. Daha bir uğur olimpiya oyunlarının cüdo proqramında Azərbaycanın Yaponiyadan sonra ikinci yeri tutmasıdır. Digər növlərdə idmançılarımız olimpiadada çıxışlarını davam etdirir, növbəti qələbələr üçün əzmlə mübarizə aparırlar".
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Oxşar xəbərlər
Mehriban Əliyeva Zelim Kotsoyevin Olimpiya çempionu olması ilə bağlı paylaşım edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Leyla Əliyeva Zelim Kotsoyevin Olimpiya çempionu olması ilə bağlı paylaşım edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hidayət Heydərov: 2028 Olimpiadasında da birinci olmaq istəyirəm [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan ikinci medalı təmin edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycanın daha bir cüdoçusu olimpiya çempionu olub - YENİLƏNİB - 3 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












