Ağcaqanadlar niyə artıb? - FOTO
sizinxeber.az xəbər saytı

Ağcaqanadlar niyə artıb? - FOTO




Ağcaqanad problemi

Yay istirahətinin ilanlardan sonra ikinci qənimi  ağcaqanadlardır. Onlar olan yerdə istirahət yoxdur. Qansoran bu həşərat təhlükəli infeksion xəstəliklərin daşıyıcısıdır.

Hər il dünyada 700 milyondan çox insan ağcaqanad sancması nəticəsində müxtəlif yoluxucu xəstəliklərə məruz qalır. Bu kiçik canlılar bunu necə bacarır? Müxtəlif heyvanların və xəstə insanların qanını sorduqdan sonra sağlam insanı sancır. Beləliklə də əvvəlkindən qəbul etdiyi virusu yeni ovuna nəql edir. Ağcaqanadlar malyariya, hepatit B, C, Qərbi Nil virusu, sarı qızdırma, kü qızdırması, ensefalit, zika və s. kimi xəstəliklər yaya bilər.

Temperaturun yüksək olduğu bölgələrdə ağcaqanadların daşıdığı  xəstəliyin yoluxma riski daha yüksəkdir.

Ağcaqanad sancmasından güclü qaşınma yaranır. Buna səbəb ağcaqanadın qaşınmaya səbəb olan maye buraxmasıdır. Qaşınma zamanı yaraya ikinci infeksiya da düşə bilər.

Ağcaqanadlar artıb

Əhali bu il ağcaqanadların daha da artmasından şikayət edir. Bəs səbəb nədir? İstiləşmə istiqamətində iqlim dəyişikliyi ağcaqanad mövsümünün dəyişməsinə təsir göstərmişdir. Ağcaqanadların inkişafı birbaşa su ilə əlaqədardır. Bu il yayın gecikməsi, bol yağıntı və kiçik gölməçələr həşəratların çoxalmasına səbəb olub. Sıfırdan yuxarı temperatur da bir çox çayların daşmasına və sahilyanı ərazilərin bataqlaşmasına təsir edərək, ağcaqanadların işğalı üçün əlverişli şərait yaradıb.

Şəhər ağcaqanadlarının sevimli yaşayış yerləri binaların zirzəmiləri və kanalizasiya xətləridir. Şəhərdə insan çoxdur. Məlumdur ki, insan sıxlığı olan yerdə ağcaqanadın ovu da çoxdur. Həmçinin yaşayış sahələrində kanalizasiya xətlərinin sıxlığı və su sızmalarının vaxtında aradan qaldırılmamasından əmələ gələn nəmişlik daha çox ağcaqanad cəlb edir. Şəhər ağcaqanadları daha bezdirici olur. Bundan əlavə bağlarda, restoranların həyətində ağcaqanadlar çox olur. Bu da insanların istirahətinə mane olur. Ona görə də ağcaqanadlara qarşı mübarizə tədbirlərinə xüsusi diqqət ayırmaq lazımdır.

Ağcaqanadlara qarşı mübarizə

Ağcaqanadlara qarşı mübarizə üsulları müxtəlifdir. Müxtəlif yapışqan tələlər, elektrik qovucular, losyonlar, spreylər, tabletlər, aerozollar. Bütün bunlar həşəratlarla mübarizədə effektiv təsir göstərir. Lakin bu üsulların təsir gücü müvəqqətidir. Həm də daimi istifadə zamanı bu dərmanların insanların və ev heyvanlarının sağlamlığı üçün zərərli təsiri var. Ən effektiv mübarizə metodu isə dezinseksiya (həşəratların məhv edilməsi üçün kompleks tədbirlər) tədbirləridir ki, bunu dezinseksiya şirkətləri peşəkarcasına həyata keçirir.

Dezinseksiya şirkəti

Sanitariya.az ağcaqanadlara və eləcə də digər həşəratlara qarşı effektiv mübarizə aparan dezinseksiya şirkətidir. Biz müasir avadanlığımızla təkcə üzdə olan həşəratları deyil, həmçinin onların əsas mənbəyini məhv edirik. 24/7 xidmətimizdən yararlana bilərsiniz. Dezinseksiya və digər xidmətlərimiz haqqında daha ətraflı məlumat almaq üçün Sanitariya.az saytına keçid edə bilərsiniz.

Sizinxeber.az
QALEREYA

Oxşar xəbərlər

Qərbi Nil virusu nədir? - Zibilxanalarda çoxalır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda Hepatit A virusu ilə bağlı son vəziyyət açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsraildə Qərbi Nil virusu yayılmağa davam edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda qızılcaya yoluxma sayı artır – Rəsmi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Soyuqdəymə, qrip, yoxsa təzə kovid – Şəhərdə yayılan xəstəlik nədir? [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər