sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İsraildə Qərbi Nil virusu yayılmağa davam edir
İsraildə Qərbi Nil virusuna yoluxanların sayı 738 nəfərə çatıb.
APA xarici KİV-ə istinadən xəbər verir ki, İsraildə iyun ayından indiyədək 738 yoluxma aşkarlanıb, 51 nəfər ölüb.
Ölkədə hər il iyun-sentyabr ayları arasında müşahidə edilən Qərbi Nil virusu hadisələrinin iqlim dəyişikliyi səbəbiylə bu ilin əvvəlindən müşahidə edilməyə başladığı bildirilir.
Qeyd edək ki, ağcaqanadlar tərəfindən yayılan Qərbi Nil virusu ilk dəfə 1937-ci ildə Uqandanın Qərbi Nil bölgəsində ortaya çıxıb və ölümlə nəticələnə bilən bir xəstəlikdir.
Virusun xüsusilə yaşlılar və immun sistemi zəif olan insanlar üçün daha riskli olduğu bildirilir.
Oxşar xəbərlər
Milli Hidrometeorologiya Xidməti: Son 50 ildə ən çox sel hadisəsi bu il qeydə alınıb
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlanıb
Fransa Mərakeşin Qərbi Sahara üzərində suverenliyini tanıyıb
Türkiyənin İzmir bölgəsində meşə yanğını baş verib
Azərbaycanda bank kartlarının sayı 19 milyona çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













