Ərdoğan Qarabağ atları ilə olan çıxışı ayaqüstdə alqışlayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən VII Beynəlxalq Etnoidman və Mədəniyyət Festivalında Azərbaycan komandasının çıxışına baxıb.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Dünya Etnoidman Konfederasiyasının təşkilatçılığı ilə keçirilən tədbir dünyanın hər yerindən ənənəvi idman növlərinin həvəskarlarını bir araya gətirib.
Ərdoğan folklor qruplarının çıxışlarını maraqla izləyib, onların arasında Qarabağ atları ilə akrobatik atçılıq şousu xüsusilə seçilib.
Şou zamanı atlılar Türkiyə və Azərbaycanın bayraqlarını qaldırıblar. Türkiyə lideri ayağa qalxaraq onları gurultulu alqışlarla dəstəkləyib.
Xatırladaq ki, festivalda Azərbaycanı Dövlət Sərhəd Xidmətinin tərkibi 100 nəfərdən çox olan nümayəndə heyəti, Türkiyədəki səfirlikdə Azərbaycan Mədəniyyət Mərkəzinin qurduğu çadır və 20 Qarabağ atı təmsil edir. Ölkənin tədbirdə iştirakını Azərbaycan Atçılıq Federasiyası təşkil edib.
Mayın 25-dək davam edəcək festivalda ümumilikdə Qarabağ atlarının 6 çıxışı nəzərdə tutulub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Dünya Etnoidman Konfederasiyasının sədrini qəbul edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə 6-cı Etnoidman Forumu başlayıb, Azərbaycan da təmsil olunur [xfgiven_updateblue][/xfgiven_updateblue]
ARAF “Dünyanın ən yaxşı ənənəvi idman təşkilatı” mükafatına layiq görülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə 6-cı Etnoidman Forumu başlayıb, Azərbaycan da təmsil olunur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan Azərbaycana başsağlığı verdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












