Soltan Məmmədov: Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliyini yerinə yetirməkdən boyun qaçırır
“Azərbaycan regionda sülhün bərqərar olması üçün ardıcıl təşəbbüslərlə çıxış edir. Bizim əsas məqsədimiz Cənubi Qafqazda sülh və əməkdaşlıq mühiti yaratmaqdır”.
Bu fikirləri Sizinxeber.az-ya açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Millət vəkili qeyd edib ki, müharibədən 4 ildən çox keçməsinə baxmayaraq, Ermənistan tərəfi 10 noyabr kapitulyasiya aktındakı öhdəliyində olan müddəaları hələ də yerinə yetirmir: “Azərbaycanın sülhün imzalanması istiqamətində sərgilədiyi qətiyyətli mövqe bir daha bizim Cənubi Qafqazda sülh və əmin-amanlığa müvəffəq olma istəyimizi sübut edir”.
S. Məmmədov vurğulayıb ki, məhz Azərbaycan tərəfindən sülh müqaviləsinin mətni tərtib edilib və bir çox məsələlər tərəflər arasında razılaşdırılıb.
Deputat, həmçinin, bildirib ki, müharibədən sonrakı dövrdə ölkəmizə qarşı qərəzli mövqeyi ilə seçilən bəzi təşkilatlar və dövlətlər müxtəlif ittihamlar irəli sürərək, qələbəmizə kölgə salmağa cəhd edib: “Macarıstana səfəri zamanı cənab Prezident Azərbaycanın 44 gün ərzində öz torpaqlarını beynəlxalq hüquq çərçivəsində - BMT-nin Nizamnaməsinə əsaslanaraq azad etdiyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Bu gün bizim ölkəmizin mövqeyi bundan ibarətdir ki, ATƏT-in Minsk Qrupu buraxılmalıdır. Çünki artıq münaqişə həll olunub. Sülh müqaviləsinin imzalanması isə Ermənistanın atacağı addımlardan asılıdır. Bu ölkənin Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəalar ləğv edilməlidir. Əgər, həqiqətən, Ermənistan sülh sazişinin imzalanmasını istəyirsə, bu barədə bəyanatlarında səmimidirsə, qeyd olunan şərtləri yerinə yetirməlidir”.
S. Məmmədov vurğulayıb ki, 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəaları arasında yer alan önəmli məsələlərdən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlıdır ki, Ermənistan bu öhdəliyini də yerinə yetirməkdən boyun qaçırır.
Oxşar xəbərlər
Kobaxidze: Gürcüstan Cənubi Qafqazda sülhün təşviq edilməsində müsbət rol oynayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
XİN: İran üçün Cənubi Qafqazda təhlükəsizlik vacibdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyəli deputat: "Azərbaycan Cənubi Qafqazda birgəyaşayışın nümunəsidir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran XİN rəhbəri Azərbaycanla Ermənistanı sülh müqaviləsini tezliklə imzalamağa çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lavrovun müavini: Rusiya Azərbaycan-Ermənistan sərhədinin tezliklə delimitasiyasının tərəfdarıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












