Gürcü nazir Azərbaycan səfiri ilə hüquq sahəsində əməkdaşlığı müzakirə edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
may
2025
16:00

Gürcü nazir Azərbaycan səfiri ilə hüquq sahəsində əməkdaşlığı müzakirə edib

21 may, 2025
16:00
662

Gürcü nazir Azərbaycan səfiri ilə hüquq sahəsində əməkdaşlığı müzakirə edib

Gürcüstanın ədliyyə naziri Paata Salia Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevlə görüşüb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, görüşdə iki ölkənin aidiyyəti qurumları arasında hüquq sahəsində mövcud əməkdaşlıq əlaqələri və onun inkişaf perspektivləri müzakirə olunub.

Ədliyyə Nazirliyində baş tutan görüş zamanı hüquqi sahədə səmərəli əməkdaşlığın vacibliyi vurğulanıb, gələcəkdə birgə layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi imkanlarını nəzərdən keçirilib.

Görüşdə Gürcüstan ədliyyə nazirinin müavini Beka Dzamaşvili və Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Seymur İlyaslı da iştirak ediblər.

Bizimlə əlaqə saxlayın